Ukrayna prezidenti Vladimir Zelenski rus əsgərlərinin əsir düşmüş ukraynalı əsgərin başını kəsməsi ilə bağlı iddialardan danışıb.

İqtisadiyyat.az xəbər verir ki,  o, bu barədə sosial media hesabından verdiyi video açıqlamada danışıb.  Belə ki, Zelenski bildirib ki, bütün dünya ukraynalı əsirin öldürülməsi videosuna baxmalıdır. 

“Bu, təsadüf deyil, epizod deyil. Daha əvvəl də olmuşdu. Buçada belə oldu. Hər bir lider buna reaksiya verməlidir. Zamanın keçməsini gözləmək lazım deyil. Biz heç nəyi unutmayacağıq, qatilləri bağışlamayacağıq. Hər şeyə görə hüquqi məsuliyyət olacaq. Terrorçu uduzmalıdır”.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) iddia edilən edamla bağlı araşdırmalara başladığını açıqlayıb.