Ukrayna Prezidenti Volodimir Zelenski Avropanın bəzi ölkələrinə səfərlərinin prioritetinin silahlı qüvvələrin əks-hücuma hazırlıq olduğunu açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq bəyanat Ukrayna Prezidenti Ofisinin saytında dərc olunub.

"İtaliya, Almaniya, Fransa və Böyük Britaniyaya səfərlər zamanı ölkəmizə müdafiə dəstəyi ilə bağlı mühüm razılaşmalar əldə olunub. Avropa paytaxtlarına səfərlərin prioriteti Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində cəbhədə aktiv əməliyyatlarına hazırlıqdır", - Zelenski bildirib.

Onun sözlərinə görə, görüşlər zamanı Ukrayna üçün döyüş koalisiyasının yaradılması, habelə NATO-nun Vilnüs sammitinə hazırlıqla bağlı danışıqlar davam etdirilib.