Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukraynaya silah göndərilməsi Rusiyanı xüsusi hərbi əməliyyat məqsədlərindən çəkindirməyəcək.

İqtisadiyyat.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlama verib.

Ukraynaya F-16 döyüş təyyarələrinin tədarükü ehtimalını dəyərləndirən Zaxarova, Qərb ölkələrinin Ukraynadakı müharibənin bitməsini istəmədiyini ifadə edərək, “Bu, Avropa qitəsində münaqişələrin gərginləşməsinin və vəziyyətin sabitliyinin pozulmasının növbəti mərhələsidir.”, - deyə bildirib.