2019-cu ildən indiyə qədər Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 362,9 min, o cümlədən qeyri-neft-qaz sektorunun özəl bölməsində 330 minə yaxın artıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.

"Bu artım əmək bazarının “ağardılması” istiqamətində həyata keçirilən səmərəli islahatların uğurlu nəticəsidir", - deyə o qeyd edib.