"Mən çox qürurluyam ki, 44 günlük Qarabağ döyüşlərində sona kimi döyüşdük və Zəfər günümüzü doğma Qarabağ torpaqlarında qeyd elədik".

İqtisadiyyat.az xəbər verir ki, “Suqovuşanın azad olunmasına görə”, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi“ yubiley medalı ilə təltif olunan Rəşid Əhmədovun tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.