Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü tədris ilinin planına əsasən, qoşun növlərinin, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə İqtisadiyyat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin N hərbi hissəsində keçirilən toplanışda yanğın profilaktika işinin təşkili, hərbi hissənin yanğından mühafizə komandasının vəzifə borcları və hüquqları, yanğından mühafizə komandasının xidməti sənədləri üzrə təkmilləşdirmə məşğələləri təşkil olunub.

Toplanışın keçirilməsində əsas məqsəd yanğından mühafizə komandalarının rəislərinin bilik səviyyəsini artırmaq, hərbi obyeklərdə baş verə biləcək hər hansı yanğına qarşı praktiki vərdişləri aşılamaqdır.