Yalovada İŞİD, PKK/KCK və FETÖ/PDY terror təşkilatlarına qarşı keçirilən əməliyyatda 5 nəfər saxlanılıb.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, Yalova Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qruplarının xaricdəki İŞİD və üzvləri ilə əlaqədə olduqları və terror təşkilatlarına qarşı apardıqları işlərdə təşkilata maliyyə yardımı etdikləri müəyyən edilib.

Həmçinin qruplar sosial şəbəkədə PKK/KCK terror təşkilatının təbliğatını apardıqları aşkarlanıb.

Saxlanılan 5 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.