Qadağan olunmuş məzmunu silməyən “WhatsApp” şirkətinin protokolu Rusiyanın paytaxtı Moskvanın Taqanski Rayon Sülh Məhkəməsinə təqdim edilib.

İqtisadiyyat.az xəbər verir ki, Taqanski Rayon Prokurorluğunun RİA Novosti xəbər agentliyinə verdiyi açıqlamada, “WhatsApp MMC üçün, Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 13.41. Maddənin 2-ci hissəsinə uyğun olaraq protokol qeydə alınıb.

Bu maddəyə əsasən, şirkət qadağan olunmuş məlumatları silməkdən imtina etdiyinə görə 4 milyon rubla (990 min TL) qədər cərimələnə bilər. Məhkəmənin vaxtı hələ müəyyən edilməyib.

WhatsApp-ın hansı məlumatları silmədiyi açıqlanmayıb.

Şirkət daha əvvəl də rusiyalı istifadəçilərin məlumatlarını Rusiyada lokallaşdırmaqdan imtina etdiyinə görə 4 və 18 milyon rubl məbləğində cərimələnib.