Türkiyədə hazırda 22 min Ukrayna vətəndaşı var, böyük əksəriyyətinin qaçqın statusu yoxdur, onlar ölkə ərazisində turist və iş adamı kimi yaşayırlar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasyl Bodnar bildirib.

O qeyd edib ki, Türkiyə ərazisində 147 min ukraynalı qaçqının olmasına dair iddialar həqiqəti əks etdirmir.

Bundan əlavə, Türkiyə Miqrasiya İdarəsinin məlumatına görə, 24 fevral 2022-ci ildən sonra Türkiyəyə daxil olan 844 min ukraynalıdan 822 mini Türkiyəni tərk edib.