Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı edilən sui-qəsd cəhdini pisləyib və zorakılıq aktlarını demokratik cəmiyyətdə qəbuledilməz adlandırıb.   

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Paşinyan "X"də paylaşım edib. 

"Biz ABŞ-nin 45-ci Prezidenti və yenidən prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyirik. Bu cür zorakılıq aktları demokratik cəmiyyətdə qəbuledilməzdir, çünki onlar bizim dərin dəyər verdiyimiz demokratiya və qanunun aliliyinin əsas prinsiplərini pozur. Mən Donald Trampa tezliklə sağalmağı arzulayıram", - Paşinyan yazıb.