İsrail hava hücumundan müdafiə qüvvələri Livandan atılan şübhəli hava hədəfini zərərsizləşdirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təhlükə ilə əlaqədar ölkənin şimalındakı bəzi ərazilərdə hava hücumu xəbərdarlığı elan edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Bundan əlavə, ötən gecə İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Ramya kəndi ərazisində Hizbullah təşkilatının hərbi infrastrukturuna zərbələr endirib.