"ABŞ-də keçiriləcək gələcək prezident seçkilərinin nəticələri ştatların özlərinə aid olan məsələdir, Rusiya buna qarışmır".    

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidentliyinə mümkün namizəd Donald Trampa sui-qəsdin 2024-cü il seçkilərinin nəticələrinin legitimliyinə təsir edib-etməməsi sualını cavablandırarkən deyib.

"Mühakimə etmək bizim işimiz deyil, buna qarışmaq istəyimiz yoxdur. Bu seçkilər ABŞ-nin daxili işidir", - Kreml nümayəndəsi bildirib.