Litva Belarus sərhədində fəaliyyət göstərən iki sərhəd-keçid məntəqəsindən birindən sərnişin daşımalarının keçidini dayandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belarus Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Departamentdən bildiriblər ki, daha sonra Litva tərəfi texniki səbəblərə görə dayandırılmış keçidi bərpa edib.

"Litvanın Medininkay keçid məntəqəsində qonşu tərəf iyulun 14-də saat 03:00-dan 09:00-a kimi Belarusdan gələn minik avtomobillərinin və avtobusların keçidini dayandırıb. Lakin saat 9:00-dan etibarən keçid bərpa edilib", - məlumatda deyilir.

Gömrük komitəsi qeyd edib ki, iyulun 13-ü saat 21:00-dan bazar günü saat 09:00-a qədər Litva tərəfindən cəmi 40 yük maşınının keçidi qeydiyyata alınıb.