Hesabat dövründә tәdiyә balansının irihәcmli profisiti valyuta bazarında tarazlığa müsbәt tәsir etmiş, qiymәt sabitliyinin başlıca lövbәrini – mәzәnnә sabitliyini dәstәklәyib.

Ötən il Mərkəzi Bankda ARDNF-in valyuta satışlarının həyata keçirilməsi üzrə 99 valyuta hərracı baş tutub. Hesabat dövründə valyuta hərraclarının 80%-də təklif tələbi üstələyib və 70 mln.$-lıq təklifə qarşı orta tələb 52.4 mln.$ təşkil edib. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olubmuş və 2048 mln. ABŞ dolları olub.

İqtisadiyyat.az bu barədə AMB-nin hesabatına istinadən bildirir.

2022-ci ildə manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə əsasında müəyyən edilmiş və orta günlük 1.7 manat civarında olub. Kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6971 manat, satış məzənnəsi isə 1.7024 manat təşkil edib. Hesabat ilində manatın məzənnəsi avroya, türk lirəsinə, funt-sterlinqə, qazax tengesinə, yapon yeninə, İsveçrə frankına, Ukrayna qrivnasına qarşı bahalaşmış, rus rubluna və gürcü larisinə qarşı ucuzlaşıb. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnəyə də təsir göstərib.