Ötən ilin sonu və bu ilin birinci rübündə Rusiyada ən zəngin adamlardan ən azı 12-si 11,3 milyard dollar (1 trilyon rubl) dividend gəliri əldə edib.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, bu müddət ərzində dividend şəklində ən böyük gəliri - 186 milyard rublu "Lukoyl" neft şirkətinin rəhbəri Vahid Ələkbərov əldə edib.

Rusiyalı iş adamları arasında ən çox dividend alan digər şəxslər "Severstal"ın rəhbəri Aleksey Mordaşov (148 milyard rubl) və "NLMK"nın direktorlar şurasının sədri Vladimir Lisin (121 milyard) olub.

 

Gözəl Həşimova