Bu ilin yanvar-may aylarında Azərbaycanın Xorvatiya ilə ticarət dövriyyəsi 276,9 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Hesabat dövründə ölkədən Xorvatiyaya ixrac 274,2 milyon dollar təşkil edib. Azərbaycanın Xorvatiyadan idxalının dəyəri isə 2,6 milyon dollar olub.

 

Gözəl Həşimova