“Norm” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın avqustun 15-də keçirilməsi nəzərdə tutulub.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:

1. Cəmiyyətin təsisçisi olacağı yeni hüquqi şəxsin təsis edilməsi zərurətinin araşdırılması və bununla əlaqədar məsələlərin müzakirə edilməsi;

2. Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirə edilməsi.

Qeyd edək ki, “Norm” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 161 962 595 manatdır.