"ATEF Şirkətlər Qrupu"na cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkət barəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən cərimə protokou tərtib olunub.

Həmin maddədə deyilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir

İş Suraxanı Rayon Məhkəməsində hakim Pərviz Muradovun sədrliyi ilə araşdırılacaq.

Hakim iddianı təmin edərsə, şirkətlər qrupunu külli miqdarda cərimə gözləyir.

Qeyd edək ki, "ATEF Şirkətlər Qrupu" enerji sənayesi üçün elektrik avadanlıqlarının istehsalı və quraşdırılması ilə məşğuldur. Nizamnamə kapitalı 33 892 585 manat olan şirkətin rəhbəri Talıb Əlixanbəyovdur, qanuni təmsilçisi isə onun oğlu Emil Əlixanbəyovdur.