"Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə dəyişikliklər edilib.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyulun 29-da keçirilməsi nəzərdə tutulub.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:

1. "Səba" ASC tərəfindən emissiya edilmiş səhmlərin bir qisminin geri alınması haqqında.
2. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılması haqqında.
3. "Biləsuvar Aqro" MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılması haqqında.
4. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Qarabağ Taxıl" MMC-nin iştirakçısı olduğu "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı paylarının satılması haqqında.
5. "Səba" ASC-nin mülkiyyətində olan Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən torpaq sahələrinin "Azerbrood"  MMC-yə satılması haqqında.

Qeyd edək ki, "Chicken Pro." MMC 26 500 000 nizamnamə kapitalı ilə təsis edilib. "Qarabağ Taxıl" MMC-nin nizamnamə kapitalı 4 000 000 manatdır. 1997-ci ildə dövlət qeydiyyatına alınan "Səba" ASC-nin nizamnamə kapitalı isə 4,8 milyon manata yaxındır.