"ATEF Şirkətlər Qrupu" vergi borcunun bir qismini ödəyib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin yığılmış vergi borcunun 300 min manatdan çox hissəsi ödənilib.

Hazırda şirkətlər qrupunun yığılan vergi borcunun miqdarı 1,14 milyon manat təşkil edir.

Bu ilin aprel ayında şirkətin vergi borcu 1,5 milyon manata çatırdı.

Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, "ATEF Şirkətlər Qrupu" enerji sənayesi üçün elektrik avadanlıqlarının istehsalı və quraşdırılması ilə məşğuldur. Nizamnamə kapitalı 33 892 585 manat olan şirkətin rəhbəri Talıb Əlixanbəyovdur, qanuni təmsilçisi isə onun oğlu Emil Əlixanbəyovdur.