Bu il iyulun 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 21,5 % artaraq 18 841 olub.

Bu barədə İqtisadiyyat.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 19,6 % artaraq 512-yə, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 6,3 % artaraq 5 664-ə çatıb.