“Ural Hava Yolları” aviaşirkəti dekabrın 18-dən Rusiyanın Jukovsk hava limanından Bakıya uçuşlara başlayacaq.

Aviaşirkət Jukovsk, Kaluqa və İrkutskdan Azərbaycana birbaşa müntəzəm reyslər yerinə yetirəcək.

Qeyd edilir ki, Jukovsk-Bakı-Jukovsk reysləri cümə axşamı və şənbə günləri həyata keçiriləcək. Jukovsk hava limanıdan uçuş 13:00-da, Bakıdan – 18:10-da olacaq. Reys üzrə üçüş vaxtı 3 saat 10 dəqiqə təşkil edəcək.