Ukrayna taxılının ixracı dekabrın 4-nə olan məlumata görə 26,7% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyinin məlumatında deyilir.

“2023/2024-cü il marketinq ilinin əvvəlindən Ukrayna tərəfindən taxıl ixracının faktiki həcmi dekabrın 4-nə 13 milyon 402 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 874 min ton azdır”, - məlumatda deyilir.

Nazirlik aydınlaşdırıb ki, artıq 5 milyon 925 min ton buğda, 876 min ton arpa, 900 ton çovdar və 6 milyon 467 min ton qarğıdalı ixrac edilib.

 

Gözəl Həşimova