Bu ilin birinci yarısında Azərbaycandan 33 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə ixrac olunub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ixracın dəyəri ötən ilin eyni ayları ilə müqayisədə 1.8 milyon dollar azdır.

Bu məhsul kateqoriyası üzrə ölkəyə idxalın dəyəri 45,1 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 124,9 min dollar çoxdur.

 

Gözəl Həşimova