Ukrayna Nazirlər Kabineti növbəti üç il ərzində minimum əmək haqqının və yaşayış minimumunun artırılmasından imtina etməyi təklif edir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna parlamentinin üzvü Yaroslav Jeleznyak bildirib.

Onun sözlərinə görə, ölkədə minimum əmək haqqı 200 dollara yaxın olacaq.

Bildirilib ki, sosial ödənişlərin məbləği minimum əmək haqqının və yaşayış minimumunun ölçüsündən asılıdır ki, bu da indi artmayacaq.

Bundan əvvəl Beynəlxalq Valyuta Fondu Ukraynadan sosial ödənişlərin artımını dayandırmağı tələb edib.

 

Gözəl Həşimova