"Ali Baş Komandanımız Natiqin göstərdiyi şücaəti və qəhrəmanlığı xalqımıza və millətimizə çatdırdı".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov ARB televiziyasında yayımlanan “Günə Doğru” efirində canlı bağlantı zamanı deyib. 

"Dünən axşam mənə zəng etdilər ki, Natiq Qasımova Milli Qəhrəman adı verilib. Xəbəri eşidən kim dayandığım yerdə donub qaldım, uzun müddət heç hərəkət edə bilmədim. Yəni o qədər sevinc gəldi ki, bir anlıq Natiqin sağ tapıldığını hiss etdim. Sevincimin həddi-hüdudu yoxdur. Çünki dövlətimizin başçısı Natiqin adına layiq bir ad verdi və bu ad onu həmişə yaşadacaq. Təsəllimiz odur ki, Ali Baş Komandanımız Natiqin göstərdiyi şücaəti və qəhrəmanlığı xalqımıza və millətimizə çatdırdı", - o əlavə edib. 

Sadiq Cavadov