İran Avropa ölkələri də daxil olmaqla 17 ölkəyə neft ixrac edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın neft naziri Cavad Övci bildirib.

"İran iqtisadi müharibə vəziyyətindədir və statistikanı açıqlamayacaqdır. ABŞ-də hakimiyyətə gələn hər hansı hökumət İran neftinin satışına təsir etməyəcək", - deyə nazir qeyd edib.

Məlumata görə, bu ilin birinci rübündə İran gündəlik orta hesabla 1,56 milyon barel neft tədarük edib ki, bu da 2018-ci ildən bəri ən yüksək göstəricidir.

 

Gözəl Həşimova