"Qazaxıstan və Çin arasında ticarət dövriyyəsi ötən il rekord həddə çatıb və indi ölkələr bunu 2 dəfə artırmaq niyyətindədir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin sədri Si Cinpinlə danışıqların yekununda deyib.

Tokayev Çini əsas investorlardan biri adlandırıb:

"Son 15 ildə Çindən Qazaxıstana 25 milyard dollara yaxın vəsait cəlb olunub. Eyni zamanda, Çin Qazaxıstanın aparıcı ticarət tərəfdaşıdır və yaxın gələcəkdə bu rəqəmi iki dəfə artırmaq niyyətindəyik. Danışıqlar zamanı enerji, infrastruktur, kənd təsərrüfatı sahələrində qarşılıqlı faydalı investisiya layihələrinin gələcəkdə həyata keçirilməsinin vacibliyi vurğulanıb".

 

Gözəl Həşimova