Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Bu barədə İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir.

"Cənab Putinlə telefon danışıqlarımız olub. Amma nazirlərimiz daim əlaqə saxlayırdılar. Atom elektrik stansiyaları ilə bağlı ciddi addımlar atacağıq. Sinop atom elektrik stansiyası ilə bağlı müzakirələr aparırıq. İnanırıq ki, bununla bağlı ciddi addımlar ata bilərik.

Bu arada xüsusilə BOTAŞ və Qazprom arasında münasibətlər yüksək səviyyədə davam edir. Bu 55 milyard dollarlıq həcm bizim üçün çox da önəmli deyil. Hədəfimiz 100 milyard dollara çatmaqdır. İnanıram ki, biz bu 100 milyard dollara çata bilərik.Çünki bizim belə potensialımız var", - deyə Ərdoğan qeyd edib.

Bundan əlavə, Ərdoğan Putini tezliklə Türkiyəyə səfərə dəvət edib.

 

Gözəl Həşimova