Ukrayna prezidenti Volodimir Zelenskinin Polşaya səfəri zamanı Varşava və Kiyev arasında təhlükəsizlik sazişi imzalanacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski təsdiqləyib.

"Biz təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq haqqında G7 düsturuna əsasən bəyannamə imzalayacağıq", - polşalı diplomat bildirib.

O bildirib ki, iki ölkə arasında təhlükəsizlik sazişi demək olar ki, hazırdır və iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammiti başlamazdan əvvəl imzalanacaq.

 

Gözəl Həşimova