Hollandiyanın yeni müdafiə naziri Ruben Brekelmans ölkənin Ukraynaya dəstəyini davam etdirəcəyini təsdiqləyib. 

İqtisadiyyat.az xəbər verir ki, o bu barədə "X"də yazıb.

"Təhlükəsizliyimiz təzyiq altındadır. Müdafiənin çətinliyi böyükdür. Bizim silahlı qüvvələrimizi gücləndirməyimiz və Ukraynanı dəstəkləməyə davam etməyimiz çox vacibdir", - bəyanatda deyilir.

Bundan əvvəl iyulun 2-də Niderlandın Baş naziri, ölkənin kəşfiyyatının keçmiş rəhbəri Dik Şofun rəhbərlik etdiyi yeni nazirlər kabineti kral Villem-Aleksandr üçün and içib.