Çinin sədri Si Cinpinin Qazaxıstana dövlət səfəri çərçivəsində texniki-iqtisadi əməkdaşlıq, nəqliyyat, energetika və kosmik tədqiqatlar sahəsində əməkdaşlıq sahəsində 30-dan çox sənəd imzalanıb

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yüksək səviyyəli danışıqlardan sonra Tokayev və Si Cinpin birgə bəyanat imzalayıblar. Həmçinin səfər zamanı 31 sənəd, o cümlədən hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq proqramının həyata keçirilməsi üzrə yol xəritəsi və texniki-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.

 

Gözəl Həşimova