Belarus hakimiyyəti müxaliflərin bəzilərini tezliklə azadlığa buraxa bilər.  

İqtisadiyyat.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Biz insan kimi davranmalıyıq, bir neçə gündən sonra çox ağır xəstələr azadlığa buraxıla bilər", - Lukaşenko Belarusun 3 iyulda qeyd olunan Müstəqillik Gününə həsr olunmuş Minsk Respublika sarayında keçirilən təntənəli yığıncaqda deyib. 

Lukaşenko əlavə edib ki, azadlığa buraxılacaq olanlar həqiqətən də ciddi xəstədir.