Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) ümumi həcmi təxminən 16 milyard dollar olan Genişləndirilmiş Kredit Mexanizmi (EFF) proqramı vasitəsilə 2,2 milyard dollar alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Köçürülmüş məbləğ hökumətə kritik büdcə xərclərini, sosial müavinətləri, həkimlərin və müəllimlərin maaşlarını maliyyələşdirməyə kömək edəcək.

Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılması BVF-nin Direktorlar Şurası tərəfindən iyunun 28-də təsdiqlənib.

 

 Gözəl Həşimova