Pakistanın Federal Gəlirlər İdarəsi əvvəllər idxal rüsumlarından azad edilmiş 657 məhsulun idxalına 5%-dən 55%-ə qədər gömrük rüsumları tətbiq edib.

Bu barədə İqtisadiyyat.az “The News International”a istinadən xəbər verir.

Məlumata görə, ən yüksək rüsumlar kosmetika (55%), zinət əşyaları (45%), tütün məmulatları (40%) və saatların (30%) idxalına tətbiq edilib.

 

Gözəl Həşimova