Niderland Ukraynaya maliyyə, hərbi və siyasi yardımlarını davam etdirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Krallığın Baş Naziri Dik Şof parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, NATO-nun ÜDM-in 2%-i səviyyəsində müdafiə xərcləri üçün standartı qanuni şəkildə təsdiqlənəcək. Nazir bildirib ki, Niderlandın yeni hökuməti Avropa İttifaqı daxilində və ondan kənarda imzalanmış bütün beynəlxalq müqavilələrə əməl edəcək.

Qeyd edək ki, Krallığın əvvəlki hökuməti 2025-ci ildə Kiyevi dəstəkləmək üçün büdcədən 3 milyard avro ayırıb.

 

Gözəl Həşimova