2023-cü ildə ən yüksək borcu olan ölkələrin siyahısı açıqlanıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun hesabatında deyilir.
Hesabata görə, ən çox borcu olan ölkələr siyahısında lider ABŞ olub. Ölkənin ötən il dövlət borcu 1923-cü ildəki 403 milyard dollardan 33,17 trilyon dollara yüksəlib.
Bəs dünyada ən çox borcu olan ölkələr hansılardır?
Ölkə |
Borcu |
ABŞ |
33,2 trilyon dollar |
Çin |
14,6 trilyon dollar |
Yaponiya |
10,7 trilyon dollar |
Böyük Britaniya |
3,4 trilyon dollar |
Fransa |
3,3 trilyon dollar |
İtaliya |
3,1 trilyon dollar |
Hindistan |
3 trilyon dollar |
Almaniya |
2,9 trilyon dollar |
Kanada |
2,2 trilyon dollar |
Braziliya |
1,8 trilyon dollar |
İspaniya |
1,6 trilyon dollar |
Meksika |
955 milyard dollar |
Cənubi Koreya |
928 milyard dollar |
Avstraliya |
876 milyard dollar |
Sinqapur |
835 milyard dollar |
Beynəlxalq Maliyyə İnstitutunun məlumatına görə, ötən il qlobal dövlət borcu 313 trilyon dollara çataraq yeni rekord qırıb. Qlobal borc ötən ilin son rübündə illik müqayisədə 15 trilyon dollardan çox artıb.
Məlumata görə, təxminən on il əvvəl bu rəqəm təxminən 210 trilyon dollar təşkil edib. Bu artımın təxminən 55%-i əsasən ABŞ, Fransa və Almaniyadan qaynaqlanıb.
Gözəl Həşimova