"Biz HƏMAS-ın terrorçu ordusunun məhv edilməsi mərhələsinin sonuna yaxınlaşırıq və onun qalıqlarına qarşı zərbələr davam edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib.

"Biz bütün məqsədlərimizə nail olacağıq: girovlarımızın qaytarılması, HƏMAS-ın hərbi və inzibati imkanlarının aradan qaldırılması və Qəzza zolağının İsrailə təhlükə olmamasının təmin edilməsi. Bizim çox geniş cəbhəmiz var və əminəm ki, biz düşmənlərimizi məğlub edə bilərik", - Netanyahu vurğulayıb.