İyulun 2-də Ermənistanın Gürcüstandakı səfiri Aşot Smbatyan Gürcüstan parlamenti sədrinin birinci müavini Giorgi Volski ilə görüşüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

İclasda Ermənistan və Gürcüstan arasında strateji tərəfdaşlığa və onun çərçivəsində iki ölkənin parlamentləri ilə parlamentin sahə komitələri arasında səmərəli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.