OPEC ölkələrinin ötən il neft satışından əldə etdiyi gəlirlər 2022-ci illə müqayisədə 18% azalaraq 679,746 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

Hesabat dövründə gəliri ən çox azalan Ekvatorial Qvineya olub. Ölkənin gəliri 44% azalaraq 1,745 milyard dollara enib.

Bu dövr ərzində OPEC ölkələri tərəfindən neft ixracının həcmi 5% azalaraq sutkada 19,31 milyon barelə enib. 2023-cü ildə OPEC-in qlobal neft tədarükündəki payı isə 46,69%-dən 44,96%-ə enib.

 

Gözəl Həşimova