Fövqəladə Hallar Nazirliyi Bakıda restoranda baş verən yanğın barədə məlumat yayıb.

İqtisadiyyat.az FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 500 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, havalandırma qurğusunun izolyasiya üzlüyü 30 m² sahədə, 1 ədəd elektrik lövhəsi və 25 p.m elektrik kabeli yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

15:18

Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən restoranda baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Əlavə məlumat veriləcək.

***

14:49

Bakıda kafedə yanğın başlayıb.

FHN-dən İqtisadiyyat.az-a verilən məlumata görə, nazirliyin 112 qaynar telefon xəttinə Bakının Nərimanov rayonu, Atatürk prospektində yerləşən kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in DYNX qüvvələri əraziyə cəlb olunub.