Rusiya prezidenti Vladimir Putin iyulun 3-4-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Astanaya səfəri zamanı Çin prezidenti Si Cinpin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

Ərdoğanla görüşlə bağlı Uşakov bildirib ki, ölkələr arasında həlli vacib olan məsələlərin müzakirəsi planlaşdırılır. O qeyd edib ki, danışıqlar zamanı prezidentlər bütün mühüm mövzuları əhatə etməyə çalışacaqlar.

Putin Si Cinpin və Ərdoğanla görüşlərdən əlavə, ən azı Monqolustan prezidenti, Pakistanın baş naziri, eləcə də sammitin ev sahibi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə də görüşəcək.