Adada Britaniya hərbi bazalarının yerləşməsi səbəbindən Kipr müəyyən qüvvələrin hücum hədəfi ola bilər. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Böyük Britaniya səfərindən adaya qayıdarkən deyib. 

"Cyprus Mail" qəzeti adanın türk liderindən sitat gətirib: "İngiltərənin Kiprdə iki suveren bazası var və bu bazalar sayəsində Kipr hədəfə çevrilə bilər". 

Adanın təhlükəsizliyinin gücləndirilməsi üçün tədbirlərin gücləndirilməsi zərurəti Hizbullah partiyasının lideri Şeyx Həsən Nəsrullahın iyun ayında etdiyi təhdidlərdən sonra gündəmə gəlib. Sonuncu İsrailin guya Kiprdəki hava bazalarına giriş əldə etməyə çalışdığı barədə mövcud məlumatlara istinad edərək, rəsmi Nikosiyaya xəbərdarlıq edib ki, belə bir addım ada dövləti üçün mənfi nəticələrə səbəb olacaq. Nəsrullahın sözlərinə görə, bu halda Kipr hərbi əməliyyatlarda şərik olacaq. Aralıq dənizindəki obyektlər isə Hizbullah üçün hərbi hədəfə çevriləcək. Bu təhdidlərə cavab olaraq, Cənubi Kiprdəki səlahiyyətlilər bildiriblər ki, ada heç vaxt Yaxın Şərqdə münaqişənin bir hissəsi olmayıb və belə niyyəti yoxdur.