Azərbaycanda sahibi icra başçısının qohumu olduğu bildirilən şirkət ləğv olunub.

İqtisadiyyat.az xəbər verir ki, söhbət "Spektr İ" Məhdud Məsuliyyətli Cəmiyyətindən gedir.

Belə ki, iyulun 1-də şirkətin ümumi yığıncağı keçirilib və yığıncaqda hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edilib.

Qeyd edilib ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini bildirə bilərlər.

Yığıncaqda vurğulanıb ki, qanunvericiliyə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcək.

Qeyd edək ki, "Spektr İ" 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Babaşov Emin Məmmədqulu oğludur. Onun Qazax Rayon icra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun yaxın qohumu olduğu barədə mətbuatda məlumatlar dərc olunub. O, daha əvvəllər Qazax rayonu Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı MMC-nin də qanuni təmsilçisi olub.