Ukrayna Belarusla sərhəddə divar tikir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko özünün "Telegram" kanalında məlumat yayıb.

O bildirib ki, Volın vilayətində sərhədin 3 kilometrə yaxın hissəsində divar çəkilib. Hazırda Rusiya ilə həmsərhəd rayonlarda istehkamlar tikilir.

Kirilo Timoşenko qeyd edib ki, hazırda Rovne və Jitomir vilayətlərində işlər aparılır.