Ukrayna ordusu Baxmut şəhərinin 20 kvadrat kilometrlik hissəsini azad edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Baxmutun daxilində irəliləməyə davam edir:

“Şəhər toplarla yerlə-yeksan edilir”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Baxmutda əks-hücuma başladığını bildirib.