Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstana cavab verib.

Yunanıstandakı bəzi radikal qrupların "Pontus" iddiaları ilə bağlı Xarici İşlər Nazirliyi, Yunanıstandakı bütün dairələrə təxribatçı ritorika və hərəkətlərini davam etdirmək əvəzinə, sülh və əməkdaşlıq mühitini təmin edəcək bir vizyon qəbul etmələrini tövsiyə edib.

İqtisadiyyat.az xəbər verir ki,  Nazirlikdən Yunanıstanda əsassız iddialar çərçivəsində bu gün həyata keçirilən fəaliyyət və iddialarla bağlı edilən yazılı açıqlamada, 19 May 1919-cu ilin Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Öndər Qazi Mustafa Kamalın mübarək bir tarix olduğu vurğulanıb.

Açıqlamada, dövrün imperialist güclərinin dəstəyi ilə Anadoluya təcavüz etməyə cəhd edən Yunanıstanın heç vaxt unudulmaması lazım olduğu bir dərs olaraq bu bənzərsiz azadlıq mübarizəsinin tarixdə yerini aldığı vurğulanıb.