Türkiyənin bu ilin yanvar-sentyabr aylarında Yaponiyaya ixracı 442 milyon 631 min dollara yüksəlib. Bununla da ölkənin Yaponiyaya ixracı rekord səviyyəyə çatıb.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yaponiya ilə sazişlər və kommersiya əməkdaşlığı iki ölkə arasında ticarətin artmasına səbəb olub.

Məlumata görə, iki ölkə arasında “ticarət və investisiyaların inkişafı haqqında birgə bəyannamə” də imzalanıb.

Qeyd edək ki, Türkiyənin ixracı bu ilin 9 ayında ötən ilin eyni dövrünə görə 0,3% azalaraq 187 milyard 463 milyon dollara enib.

Hesabat dövründə Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi isə 6,2 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova