Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan PKK terror təşkilatının üzvü yaxalanıb.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, terrorçunu “Sərhəd Qartalları” ələ keçirib.

Qeyd edək ki, həbs edilən şəxsin terror təşkilatı PKK/KCK üzvü olduğu təsdiqlənib.