"Azərbaycanda gömrük idarəetməsi düzgün təşkil olunmayıb". 

Bu sözləri idxal olunan malların qiyməti ilə bağlı vəziyyəti şərh edən iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu İqtisadiyyat.az-a açıqlamasında deyib.

 

 

Onun sözlərinə görə, idxal prosesi fonunda meydana gələn daşınma, vergi, gömrük və təchizat xərcləri ilə əlaqədar olaraq idxal olunan malların qiyməti baha olur. Bu baxımdan Azərbaycanda gömrük siyasəti dəyişdirilməli və qiymətlərin bahalaşmasının qarşısı alınmalıdır:

"Rusiya və MDB ölkələrindən gələn ərzaq məhsullarına rüsum tətbiq olunmasa da, Türkiyədən gətirilən ərzaq məhsullarının 15 faizlik rüsum payı var. Türkiyədən gətirilən məhsullar rüsumdan azad olunmalıdır. Onu da qeyd edim ki, Türkiyədən Azərbaycana idxal edilən 100-dən çox çeşiddə məhsulun qiyməti təxminən 40-80 faiz aralığında dəyişir. Hesab edirəm ki, gömrük indiki siyasəti ilə idxal mallarının qiymətinin əhəmiyyətli dərəcədə bahalaşmasına səbəb olur. Bu baxımdan qiymət bahalaşmasının əsas səbəblərindən biri Gömrük Komitəsidir".